...

Azərbaycanda prezident seçkilərini canlı izləmək üçün məntəqələrdə quraşdırılan veb-kameraların işində problemlər yaranıb

Siyasət Materials 15 Oktyabr 2008 17:59

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda prezident seçkilərini canlı izləmək üçün seçki məntəqələrində quraşdırılan veb-kameraların işində problemlər yaranıb. "Günün başlanğıcında kameraların işində ciddi əngəllər yaranmasa da, günortaya doğru bir çox məntəqələrdəki kameralar vasitəsilə prosesi izləmək mümkün olmayıb", - bu barədə çərşənbə günü seçkini müşahidə edən "Seçki 2008" QHT Koalisiyası məlumat yayıb.

Ölkə üzrə 500-dək seçki məntəqəsində səsvermə prosesini canlı olaraq məsafədən izləmək üçün veb-kameralar quraşdırılıb.

"Müvafiq strukturlar məntəqələrdən İnternet vasitəsilə canlı yayımın verilməsində problemlərin ortaya çıxa biləcəyini nəzərə alaraq əvvəlcədən lazımi tədbirləri görməyiblər. Günün ikinci yarısında problem aradan qaldırılıb və veb-kameralar normal rejimdə işləyib", - deyə məlumatda qeyd olunub.

"Seçki 2008" QHT Koalisiyasının müşahidəçilərinin saat 17.00 üçün verdiyi məlumata görə, səsvermə ciddi qarşıdurma və kütləvi pozuntu halları olmadan davam edir.

Koalisiyanın elan etdiyi qaynar xəttə daxil olan müraciətlərin sayı saat 16.30-a qədər 53 olub. Bunlar əsasən seçki məntəqələrinin yerinin dəqiqləşdirilməsi, seçici siyahılarındakı adların evlərə göndərilən bildirişlərlə üst-üstə düşməməsi ilə bağlı olub.

Saat 15.00-a olan məlumata görə, Koalisiyanın müşahidə apardığı 59 dairədə qeydiyyatda olan seçicilərin 51.9 faizi səs verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti