...

Ankarada seçicilərin 92 %-i səsvermədə iştirak edib

Siyasət Materials 15 Oktyabr 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir R. Hafizoğlu/ "Qeydiyyatda olan seçicilərin artıq 92% - i səfirliyə gələrək, səsvermədə iştirak edib", - deyə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Ankaradan Trend - a bildirib.

Səfir onu da əlavə edib ki, seçicilərin seçkidə faəl iştirakı müşahidə olunub.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Xəbər lenti

Xəbər lenti