...

Azərbaycanda prezident seçkisi zamanı hüququ pozuntular olmayınb – İranın müşahidəçi missiyası

Siyasət Materials 15 Oktyabr 2008 23:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend müxbir A.Hüseynbala/ Azərbaycanda prezident seçkisi zamanı hüquq pozuntuları müşahidə edilməyib. Bu barədə İran İslam Respublikasının Bakıdakı səfirliyindən Trend -a bildiriblər.

Azərbaycanda prezident seçkisində iştirak edən İrandan müşahidəçi missiyası vətəndaşların fəal iştirakını, həmçinin seçicilərin yüksək mütəşəkkiliyini qeyd edir.

Bu gün Azərbaycanda prezident seçkisi keçirilib. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı Ilham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti