...

ATƏT Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyini açıqlayıb(video)

Siyasət Materials 16 Oktyabr 2008 18:32 (UTC +04:00)
ATƏT Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyini açıqlayıb(video)

Azərbaycan, Bakı, 16 oktyabr/ Trend , müxbir R.Novruzov/ "Seçkilər - bu böyük irəliləyişdir, lakin o, demokratikliyin bütün bəndlərinə cxavab vermir", - deyə cümə axşamı Bakıda Azərbaycan prezidenti seçkisi üzrə ATƏT-in müşahidə missiyasının rəhbəri Boris Firls bildirib.

"Bu seçkinin keçirilməsində nəzərə çarpaçaq təkmilləşmələr oldu, lakin xüsusilə plüralizm,kapmaniyaların düzgün keçirilməsi, kütləvi informasiya vasitələri ilə bağlı mühüm beynəlxalq öhdəliklərin təmin edilməsi üçün əlavə səylər lazımdır", - deyə səfir Firls bildirib.

"Bizim müşahidəmizə görə, seçki günü müsbət və sakit keçib. Bununla yanaşı, həqiqi rəqabətin olmaması, iri müxalifət partiyalarının boykotu və real kampaniyaların olmaması böyük təəəsüf doğurur", - deyə Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Mari - Ann İsler Beqin bildirib.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov çərşənbə günü keçirilən mətbuat konfransında bildirib ki, ilkin nəticələrə görə, İlham Əliyev bütün səslərin 89,4 faizini toplayıb.

Oktyabrın 15 - də Azərbaycanda prezident seçkisi keçirilib. Dövlət başçısı postuna yeddi namizədlikirəli sürülüb - Yeni Azərbaycan Partiyasının (YAP) sədri,indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli.

MSK - nın təqdim etdiyi ilkin məlumatlara görə, İqbal Ağazadə 2,78 faiz, Fazil Qəzənfəroğlu 2,40 %, Qüdrət Həsənquliyev 2,22 faiz, Qulamhüseyn Əlibəyli 2,18 faiz, Fuad Əliyev 0,75 faiz, Hafiz Haçıyev 0,62 faiz səs toplayıb.

Azərbaycan MSK tərəfindən 4 milyon 866 min 582 seçici qeydə alınıb. Prezident seçkisi ilə əlaqədar 5359 seçki məntəqəsi yaradılıb. Onların 5148 - i daimi, 33 - ü Azərbaycanın xaricdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərindədir.

Beynəlxalq normalara riayət olunması baxımından, Azərbaycanda keçirilən prezident seçkisini təqribən 60 ölkədən 1233 beynəlxalq müşahidəçi izləyib. Ən böyük missiyalar Avropa Şurası, ATƏT və MDB-yə məxsus olub.

MDB missiyası Azərbaycanda keçirilən prezident seçkisinin nəticələrini müsbət qiymətləndirib.

"Bizim seçkiyə qiymətimiz müsbətdir. Seçki Məcəlləsi seçkilərin demokratik keçirilməsini təmin edib. Monitorinqin keçirilməsi üçün hər bir şərait yaradılmışdı", - deyə cümə axşamı Bakıda Azərbaycan prezidenti seçkisi üzrə MDB missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin katibi Sergey Lebedev bildirib.

GUAM -ın Azərbaycan prezidenti seçkisi üzrə müşahidə missiyası səsvermə prosesinin demokratik keçdiyini qeyd edir.

"Prezident seçkisi sakit, ədalətli, beynəlxalq standartlara müvafiq keçib və ciddi qanun pozuntusu olmayıb", - deyə cümə axşamı Bakıda GUAM missiyasının rəhbəri, ttəşkilatın katibi Valeri Çeçelaşvili bildirib. .

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti