...

Biz amerikalılarla dil tapa bilmirik – İranın parlament nümayəndəsi

Siyasət Materials 17 Oktyabr 2008 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr / Trend müxbir T. Cəfərov / İran- Azərbaycan parlament dostluq komissiyasının sədri seyid Kazım Musəvi bildirib ki, ABŞ xalqı yox, dövləti həmişə İran əleyhinə olub və növbəti prezident seçkilərindən sonra da, ABŞ hökuməti sabiq hökümətin yürütdüyü siyasi kursu dəstəkləsə, biz amerikalılarla dil tapa bilməyəcəyik.

Musəvi cümə axşamı Trend - a eksklüziv mühasibəsində ABŞ - da növbəti prezident seçkilərinin İranda keçiriləcək seçkilərə təsiri, eləcə də İran - ABŞ əlaqələri ilə bağlı bildirib ki, ABŞ dövləti yaratdığı qarışıqlıqdan və quldur hərkətlərindən əl çəkməsə, bizim bu ölkəyə qarşı mövqeyimiz dəyişməyəcək. " Onlar, həqiqətən, humanizm və sivil münasibətlər yolu ilə fəaliyyət göstərsələr , daha aydın desək, ikili siyasət, bədxahlıq və düşmənçilik mövqelərindən əl çəksələr, bizim onlarla heç bir problemimiz olmayacaq və hazırda da bizim Amerika xalqı ilə yox, ABŞ hökuməti ilə problemimiz var", - deyə Musəvi əlavə edib.

Musəvi, İranda ABŞ -ın mənafeyini qoruyan ofisin açılması və bu istiqamətdə mövcud maneələrlə bağlı bildirib ki, həmin maneələrin nədən ibarət olduğunu onlar özləri (amerikalılar) araşdırmalıdırlar.

Musəvi onu da əlavə edib ki, təəssüflər olsun ki, ABŞ bədxahlıq, düşmənçilik , ikili siyasət və quldur hərkətlərini hələ də davam etdirir.

Hazırda Tehranda Amerikanın mənafeyini İsveçrə Səfirliyi, Amerikada İranın mənafeyini isə, Pakistan səfirliyi müdafiə edir.

Dünya ölkələrinə İslamın ixracı

Musəvi Trend - a verdiyi müsahibədə bildirib ki, İranda demokratiya daimidir, biz müsəlmanıq və istəyirik ki, yaxın və uzaq ölkələrə də "öz islamımızı" ixrac edək. "Dünyanın digər müsəlman ölkələri İrana ümid bəsləyirlər." - deyə Musəvi bildirib.

Musəvi bildirib ki, İran digər ölkələrin qərəzli mövqeyi ilə üzləşməyincə , onlara qarşı yaxşı münasibətdədir. "Lakin Amerika və İsrail həm İranın, həm də dünya müsəlmanlarının qatı düşmənidir".

Musəvi əlavə edib ki, amerikalılar dünyanı bir kənd, özlərini isə, bu kəndin kəndxudası hesab edirlər.

Müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti