Gürcüstan, Tbilisi, 18 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan Avropa İttifaqı və NATO ilə ikitərəfli münasibətləri inkişaf etdirməlidir. Bu barədə Tbilisidə Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili ilə keçirilən birgə mətbuat konfransında onun ispaniyalı həmkarı Migel Anhel Moratinos bildirib.
"İspaniya bu məsələdə müəyyən rol oynamaq niyyətindədir, bunun üçün biz Tbilisidə səfirliyimizi açırıq və səfir Gürcüstanla ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və ona Aİ-yə inteqrasyia yolunda yardım göstərilməsi məsələri ilə şəxsən məşğul olacaq", - deyə o əlavə edib.
Moratinos qeyd edib ki, bu mərhələdə "Gürcüstan ilə Avropa İttifaqı arasında qarşılıqlı əlaqələr prinsiplərinin razılaşdırılması mühümdür". "İspaniya bu məsələlər üzərində işləyəcək, belə ki, prinsiplərin hazırlanması tezliklə əlaqələr qurmağa və münasibətlərimizi inkişaf etdirməyə imkan verəcək", - deyə o qeyd edib.
İspaniyalı nazir 2010 - cu ildən İspaniyanın Aİ - nin sədri olacağını və "bu dövr ərzində Gürcüstanın Avropa İttifaqına real inteqrasiyası üçün çox iş görüləcəyinə ümid etdiyini" bildirib.
Məqalə müləlifi ilə əlaqə ünvanı - [email protected]