...

Çexiyada radarın quraşdırılması yalnız ölkədə hökumət dəyişikliyindən asılı deyil – digər ekspertlərin rəyi də əlavə edilib

Siyasət Materials 21 Oktyabr 2008 14:37 (UTC +04:00)
Çexiyada radarın quraşdırılması yalnız ölkədə hökumət dəyişikliyindən asılı deyil – digər ekspertlərin rəyi də əlavə edilib

Azərbaycan, Bakı, 20 oktyabr/ Trend , müxbirlər Y.Ostapenko, E.Tariverdiyeva/ Çexiya Respublikasında radarın quraşdırılması Topolanek hökumətinin mümkün dəyişməsində daha çox, ABŞ - da prezident seçkilərinin nəticələrindən asılıdır.

"RLS - nin quraşdırılmasının [Çexiyada] reallıq olub - olmayacağı böyük dərəcədə kimin ABŞ- ın növbəti prezidenti olacağından asılıdır", - təhlükəsizlik üzrə müstəqil avropalı eksperti Biata Kviatek (B.Kviatek - Simanska)elektron poçtla Trend -a bildirib.

Çexiyalı siyasətçilər ölkədə ABŞ - ın raket əleyhinə müdafiə (RƏM) radarının yerləşdirilməsi məsələsində iki düşərgəyə ayrılıblar. Parlamentdə üstünlüyü olmayan Demokratik Vətəndaş Partiyası bu sənədin qəbulunun lehinə çıxış edir. Yaşıllar Partiyasından hakim koalisiyaya daxil olan deputatların bir hissəsi radarın yerləşdirilməsi ilə razı deyil. Aparıcı müxalif Çexiya Sosial -Demokratik Partiyası (ÇSDP) bu məsələ üzrə referendumun keçirilməsini tələb edir. Çexiyalı kommunistlər ABŞ RƏM - in radarının yerləşdirilməsinin qəti əleyhinədirlər.

Başa çatmış regional seçkilərdə və Çexiya Senatına seçkilərdə tam qələbə qazanmış Çexiya sosial-demokratları Mirek Topolanek hökumətinin, hakim Demokratik Vətəndaş Partiyasının (DVP) sədrinin istefasını tələb edirlər.

Radarın quraşdırılmasının hökumətin dəyişməsindən asılı olmaması üçün, əhalinin böyük hisssəsinin dəstəyi lazımdır, - ekspertlər hesab edirlər.

Milli hökumət bu dəstəyi almaq üçün siyasi seçimin motivlərini əhalinin nəzərinə çatdırmalıdır,- Kviatek hesab edir.

Kviatekin rəyinə görə, ola bilsin, Çexiya Respublikası Senatına seçkilərdə qələbə qazanacaq sosial -demokratlar özlərinin seçkiqabağı kampaniyalarında çexlərin Mərkəzi Bogemiya ərazisində, Praqadan cənub - qərbdəki regionda radarın quraşdırılmasına münasibətlərindən uğurla istifadə ediblər.

Təhlükəsizlik üzrə amerikalı ekspert Yannis Svitaçtis hesab edir ki, Mirek Topolanekin başçılıq etdiyi hazırki hökumət hakimiyyətdə qaldığı sürəcə radar sistemlərinin quraşdırılmasına dair hanısa dəyişikliklərin baş verəcəyini gözləməyə dəyməz. "Hakim koalisiya dağılarsa və ya Topolaneki partiya rəhbəri vəzifəsində əvəz edərlərsə, bu, Senatın radarın quraşdırılmasını dəstəkləməmək qərarlna gətirə bilər", - Virciniya Universitetinin (ABŞ) beynəlxalq münasibətlər proqramlarının direktoru Svitaçtis elektron poçtla Trend -a bildirib. Yeni hökumətin və ya Topolanekin əvəzlənməsi də radarın quraşdırılmasını qeyri-müəyyən müddətə təxirə sala bilər, ekspert hesab edir.

Radarın quraşdırılmasına dair qərarda Topolanekə etimadsızlıq rəyi həlledici rol oynaya bilər.

Təhlükəsizlik üzrə amerikalı ekspert Viktoriya Samsonun sözlərinə görə, çərşənbə günü Topolanekə etimadsızlıq ifadə olunarsa, bu, radarın quraşdırılması qərarına təsir etmək üçün kifayət ola bilər. "Hələ qərar qəbul etməmiş parlament üzvləri Çexiya ərazisində radarın quraşdırılmasına imkan verəcək müqavilənin əleyhinə səs verəcəklər",  - Amerikanın İnformasiya Təhlükəsizlik Mərkəzinin analitiki Samson elektron poçtla Trend -a bildirib.

Çexiya əhalisinin əksəriyyəti radarın quraşdırılmasının əleyhinədir.

Sosial - demokratlar Senata seçkilərin ikinci raundunu qazanarlarsa, onların növbəti addımı Çexiya Respublikasında radarın quraşdırılmasının lazım olub-olmadığı barədə milli referendum keçirməyi təklif etmələri olacaq, - Qroningen (Niderland) Universitetinin beynəlxalq münasibətlər üzrə professoru Kviatek hesab edir.

Lakin Topolanek hökumətinin devrilməsi hələ sual altındadır.

"Çexiya sosial - demokratlarının Baş nazir və onun Kabinetini devirə biləcəkləri görünmür", - Praqada Vətəndaş İnstitutunun icraçı direktoru Roman Yox elektron poçtla Trend - a bildirib.

Çexiyada keçirilmiş regional seçkilərdə DVP ötən seçkilərlə müqayisədə 111 mandat az alıb. ÇSDP ümumilikdə ölkə üzrə göstəricisini 175 mandat artırıb,- RİA Novosti xəbər verir.

Ekspertlərin rəyinə görə, Topolanek hökumətinin hakimiyyətdə qalacağı və ya sosial - demokratlar tərəfindən devriləcəyindən asılı olmayaraq, Çexiyada radarın quraşdırılması üzrə danışıqların yekunu kimin - Obama və ya Makkeynin Amerikanın növbəti prezidentinin olacağından asılı olacaq.

"Respublikaçı Makkeyn Avropada üçüncü mövqe rayonunun yerləşdirilməsini tamamilə dəstəklədiyi halda, demokrat Obama və ya onun siyasi müşavirləri qismində çıxış edənlər bu sistemin səmərəliliyinə şübhə edirlər", - müdafiə və təhlükəsizlik məsələləri üzrə rusiyalı ekspert Aleksandr Qolts telefonla Trend ­- a bildirib.

Buna görə də, Obama seçkilərdə qələbə qazanarsa, RLS - in quraşdırılması məsələsi "sakitcə ləvğ ediləcək", - hərbi icmalçı, jurnalist Qolts hesab edir.

"Sadəcə, gurultulu bəyanatlar olmadan layihənin maliyyələşdirilməsi azaldılacaq", - Qolst bildirib.

ABŞ Dövlət Katibi Kondoliza Rays və Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq iyulun 8-də Çexiyada yeni RƏM sisteminə daxil olan Amerika radarının quraşdırılması haqqında saziş imzalayıblar. Sənəd Çexiya parlamentinin deputatları və ölkə prezidenti Vatslav Klaus tərəfindən təsdiq olunmalıdır.

"Çexiya Respublikasında hər partiya anlamır ki, raket hücumuna qarşı qarşılıqlı zəiflik çoxqütblü dünyada sabitliyi pozan amildir və potensial düşmən dövlətlərin istifadə edəcəkləri Qərb alyansında parçalanmaya gətirəcək", - milli təhlükəsizlik siyasəti üzrə amerikalı tədqiqatçı Beyker Sprinqs elektron poçtla Trend -a bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti