...

Əfqan jurnalist 20 il həbs cəzasına məhkum edilib

Siyasət Materials 21 Oktyabr 2008 16:40 (UTC +04:00)
Əfqan jurnalist 20 il həbs cəzasına məhkum edilib

Əfqanıstan, Kabil, 21 oktyabr/ Trend , müxbir: A.Hakimi/ İslam əleyhinə yazdığı məqaləyə görə, Əfqanıstan Appelliasiya məhkəməsi əfqan jurnalist Pərviz Kambəxşə 20 il həbs cəzası verib.

Bundan əvvəl Məzarşərif şəhər məhkəməsi Kambəxşə edam hökmü vermişdi. Məhkəmənin qərarı beynəlxalq insan haqları müdafiəçiləri tərəfindən ciddi reaksiyalarla qarşılanmışdı.

Kambəxş iki il əvvəl din əleyhinə yazdığı məqaləni internetdə yaydığı üçün tutulmuşdu. Kambəxş Məzarşərif şəhərində Cəhan - e No (Yeni Dünya) qəzetində jurnalist kimi fəaliyyət göstərib və Jurnalistika Universitetində 3 - cü kurs tələbəsidir.

Əvvəllər də Kambəxş iki dəfə Məzarşərifin ibtidai məhkəməsində edama məhkum olunmuşdu, lakin Appellasiya məhkəməsi ona 20 il həbs cəzası verib.

Xəbər lenti

Xəbər lenti