...

Bu gün Brüsseldə Gürcüstan üçün donorların konfransı keçiriləcək

Siyasət Materials 22 Oktyabr 2008 12:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 22 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Nazirlər səviyyəsində keçiriləcək Gürcüstan üçün donorların konfransında Avropa İttifaqının üzvləri, həmçinin üçüncü ölkələrin, beynəlxalq maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Xarici münasibətlər üzrə Avropa komissarı Benita Ferero-Valdner və Dünya Bankının vitse-prezidenti Şiqeo Katsunun həmsədr olacaqları konfransı əsas məruzələr ilə Avropa Komissiyasının prezidenti Joze Manuel Barozo, Fransanın xarici işlər naziri Bernar Kuşner, Gürcüstanın Baş naziri Vladimir Qurqenidze və Çexiyanın xarici işlər naziri Karel Şvartsenberq açacaq.

Konfransın keçirilməsində əsas məqsəd Gürcüsatnın dağıdılmış infrastrukturunun bərpası, məcburi köçkünlərin reinteqrasiyası və avqust hadisələri nəticəsində Gürcüstana dəyən ziyanın təcili aradan qaldırılması üçün lazımi yardımın göstərilməsindən ibarətdir.

Konfransda Avropa Komissiyası və Dünya Bankı ilə yanaşı Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və BMT də iştirak edəcək.

İlkin qiymətləndirmələrə görə, ziyan 3,25 mlrd. dollar həcmində ödənəcək.

Konfransın təşkilatçısı qismində Aİ-də sədrlik edən Fransa və Dünya Bankının dəstəyi ilə Avropa Komissiyası çıxış edir.

Məqalə müəllifi ilə əlaət ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti