...

Çexiyada RLS-in quraşdırılması qaçılmazdır – Nüvə Silahının Yayılmaması üzrə Mərkəzin tədqiqatçısı (ABŞ)

Siyasət Materials 27 Oktyabr 2008 11:06 (UTC +04:00)

Monteyer Beynəlxalq Münasibətlər İnstututunun Nüvə Silahının Yayılmaması üzrə Ceyms Martin Mərkəzinin (ABŞ) aparıcı tədqiqatçısı, doktor Nikolay Sokov xüsusi olaraq Trend üçün

Çexiya Respublikası və Polşada raket əleyhinə müdafiə elementlərinin quraşdırılması ümumilikdə qaçılmaz qərardır. Çətin ki, Çexiya Respublikasında hansısa yeni hökumət bu sazişə yenidən baxsın: proses onu geriyə qaytarmaq üçün artıq çox uzağa gedib. Yeni hökumət hakimiyyətə gələrsə dəyişə biləcək yeganə məsələ - çexlərin bu aktivlərə müvafiq olaraq qəbul edilmiş etibarın möhkəmləndirilməsi üzrə tədbirlərə münasibətidir. Hazırda rusların RLS-də daima iştirak edəcəkləri və ya ona vaxtaşırı baş çəkəcəkləri daha mübahisəli məsələdir; qalan tədbirlər ötən il "iki+iki" formatında (Rays-Qeyts Lavrov-Serdyukova, onadək isə İvanova qarşı) müzakirə edilib. Çexiya Respublikası Rusiyanınm narahatlığını azaltmaq üçün çox şey edə bilər. Lakin bu o demək deyil, ki, Çexiya Rusiyanın nəzər-nöqtəsini qəbul etməlidir. Ola bilsin ağılı kompromis tapılacaq.

Mən heç zaman, xüsusilə də Avropada RƏM-in tərəfdarı olmamışam və məhz hazırki formada. Buna baxmayaraq, bu qərarın potensial mənfi nəticələri yumşaldıla bilər və Çexiya Respublikası bu münasibətdə çox şey edə bilər.

Məni təəccübləndirməyə davam edən mənzərənin elementlərindən biri ondan ibarətdir ki, Çexiya Respublikası və Polşa təxmini olaraq  etibarın möhkəmləndirilməsi üzr mümkün tədbirlər kimi bilavasitə Rusiya ilə danışıqlar aparacaqlar. Belə görünür ki, bu, Polşanın mövqeyidir və bu mövqe Vaşinqtonda sadəcə ona görə qəbul edilib ki, rahatdır - yükü digər paytaxtların üzərinə qoyur. Lakin bir fakt bu qərarın əleyhinə işləyir: 1987-ci ildə Birləşmiş Ştatlar və Sovet İttifaqı arasında orta və uzaq mənzilli nüvə raketləri haqqında müqavilə bağlanılmışdı. O zaman müqaviləni imzalayan tərəflər və onların müttəfiqləri raketlərin yerləşdiyi ölkələr ərazisində (o cümlədən o zamankı Çexoslovakiyada) təftişlər və digər tədbirlərə dair bütün məsələləri həll etmişdilər.

Çexiya Respublikası üçün (razılaşarsa Polşa üçün də) Rusiya ilə etibarın möhkəmləndirilməsi üzrə danışıqların yükünü Vaşinqtonun üzərinə qoymaq yaxşı olardı.

Bütün mənzərənin vacib elementlərindən biri ondan ibarətdir ki, Rusiya və Çexiya arasındakı münasibətlər sabit və ümumilikdə müsbətdir. Praqanın Rusiya və Gürcüstan arasında bir müddət əvvəl baş vermiş müharibə ilə əlaqədar Mosvakaya qarşı dost reaksiyası raket əleyhinə müdafiə ilə bağlı diskussiyalardan vacibdir. Bu münasibətlər Moskva və Varşava arasında gərgin münasibətlərlə təzadda çıxış edir (ən azı, hazırki hökumət hakimiyyətə gələnədək). Müsbət dinamika raket əleyhinə müdafiəyə dair həll edilməmiş məsələlərin nizamlanmasına səbəb ola və ya onların təsirini minimuma endirə bilər.

Müəllifin rəyi Trend informasiya agentliyinin rəyi ilə üst-üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti