...

Nino Burcanadze böyük siyasətə qayıtmaq barədə qərar qəbul edib

Siyasət Materials 27 Oktyabr 2008 17:49 (UTC +04:00)
Nino Burcanadze böyük siyasətə qayıtmaq barədə qərar qəbul edib

Gürcüstan, Tbilisi, 27 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan parlamentinin eks-spikeri, Demokratik İnkişaf Fondunun prezidenti Nino Burcanadze böyük siyasətə qayıtmaq barədə qərar qəbul edib. Burcanadze bazar ertəsi keçirilən brifinqdə bəyan edib ki, "Demokratik hərəkat - Vahid Gürcüstan" adlı partiya təsis etmək niyyətindədir. Noyabrın 23-də partiyanın ilk qurultayını keçirmək planlaşdırılır. Bu mərhlədə partiyanın başında dayanacaq şəxslərin adları çəkilmir. Burcanadzenin sözlərinə görə, partiya "kəskin müxalifət" partiyası olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti