...

Azərbaycanın yeni Baş naziri təsdiq edilib

Siyasət Materials 28 Oktyabr 2008 16:12 (UTC +04:00)
Azərbaycanın yeni Baş naziri təsdiq edilib

Azərbaycan, Bakı, 28 oktyabr/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Milli Məclisi çərşənbə axşamı ölkənin Baş naziri vəzifəsinə Artur Rasizadənin namizədliyini 101 "lehinə", 2 "əleyhinə" və 1 "bitərəf" olmaqla təsdiq edib.

Azərbaycan prezidenti İlham Əliyev yenidən dövlət başçısı seçilməsi ilə əlaqədar ölkə hökumətinin tərkibini buraxıb. Azərbaycanda seçkilər oktyabrın 15-də keçirilib. Hakim Yeni Azərbaycan Partiyasından namizəd İlham Əliyev ölkə prezidenti seçilib.

Prezident Baş nazir səlahiyyətlərini icra edən Rasizadənin namizədliyini parlamentin müzakirəsinə təqdim edib.

Artur Tahir oğlu Rasizadə 1935-ci ildə Gəncədə anadan olub. SSRİ-nin mövcud olduğu dövrdə Azərbaycan Kommunist Partiyasının funksioneri olub. 1957-ci ildə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra, Azərbaycan Neft Maşınqayırma İnstitutunda mühəndis kimi işləməyə başlayıb. 1973-cü ildə bu institutun elmi işlər üzrə direktor müavini, 1977-ci ildə isə Azərbaycan Maşınqayırma İnstitutunun direktoru vəzifəsinə təyin olunub. 1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Planlaşdırma İdarəsində işləyib.

1986-1992-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini olub. 1996-cı ilin mayında Baş nazirin birinci müavini , həmin ildə noyabrın 26-da isə Baş nazir vəzifəsinə təyin edilib.

2003-cü il avqustun əvvəlində Rasizadə Baş nazir vəzifəsini İlham Əliyevə güzəştə gedib və üç ay ərzində Azərbaycan Respublikası hökumətində Baş nazirin birinci müavini vəzifəsində qalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti