...

Gürcüstanın Baş naziri vəzifəsinə namizəd hökumətin tərkibində dəyişiklikləri istisna etmir

Siyasət Materials 30 Oktyabr 2008 17:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri vəzifəsinə namizəd Qriqol Mqaloblişvili avqust hadisələrinin öyrənilməsi üzrə müvəqqəti parlament komissiyasının işinin başa çatmasına müvafiq rəy verəcək.

"Hökumət müvəqqəti komissiyanın işinə xüsusi diqqət verir və bu komissiya işini başa çatdırdıqdan dərhal sonra müvafiq nəticələr çıxarılacaq", - o, büdcə-maliyyə komitəsi və sahə iqtisadiyyatı üzrə komitənin birgə iclasında bildirib.

Mqaloblişvilinin sözlərinə görə, "tərəddüdlərlə üzləşməmək və ölkənin böhrandan çıxması üçün Gürcüstanın səmərəli hökumətə ehtiyacı var".

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti