Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən oktyabr ayı ərzində 1 182 101 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 18 410 hərbi surtsat (PHS) və mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-dan çərşənbə axşamı Trend -a bildirilib ki, Tərtər, Ağdam, Füzuli, Qazax və Ağstafa rayonlarında aparılmış təmizləmə əməliyyatlarında 339 nəfər, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edib.
Trend -un arayışı: Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 1998-ci ilin iyul ayında Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin fərmanı ilə yaradılıb. ANAMA tərəfindən indiyədək cəmi 76 292 045 kvadrat metr ərazi təmizlənib, 362 342 hərbi surtsat (PHS) və mina zərərsizləşdirilib.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]