...

ABŞ-dakı seçkilərdə kimin prezident seçilməsindən asılı olmayaraq, Gürcüstana qarşı münasibət dəyişməyəcək – ekspertlər

Siyasət Materials 4 Noyabr 2008 15:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanlı ekspertlər güman edirlər ki, ABŞ-da keçirilən prezident seçkisində kimin seçiləcəyindən asılı olmayaraq, bu ölkənin Gürcüstana qarşı münasibəti qəti surətdə dəyişməyəcək.

Bu gün ABŞ-da dövlət rəhbərini seçirlər. Bu posta demokrat Barak Obama və respublikaçı Con Makkeyn iddia edir.

"Prezident seçkisində kim qalib gəlirsə gəlsin, ABŞ-ın xarici siyasətinin kəskin dəyişəcəyini düşünmürəm, çünki Amerikanın qurulduğu bünövrə, Gürcüstanın da daxil olduğu beynəlxalq ictimaiyyətin dəstəyinə əsaslanır", - deyə beynəlxalq münasibətlər üzrə ekspert Zurab Davitaşvili bildirib.

Onun sözlərinə görə, ABŞ sərhədlərlə bağlı ərazi dəyişikliyinin tanınmasına və Gürcüstanda olduğu kimi, işğal olunmuş ərazilərin rəsmiləşdirilməsinə getməyəcək.

Ekspert Kaxa Qoqolaşvili hesab edir ki, Obama ilə Makkeyn arasında fərq ondan ibarətdir ki, ikinci namizəd qələbə qazanacağı təqdirdə, ABŞ dünya problemlərinin həllinə, o cümlədən Gürcüstandakı vəziyyətə daha fəal şəkildə qoşulacaq. "Obama seçiləcəyi təqdirdə, bu iş nisbətən daha passiv olacaq", - deyə Qoqolaşvili bildirib.

Eyni zamanda o, ABŞ-ın mövqeyinin ciddi şəkildə dəyişməyəcəyi firki ilə də razılaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti