...

Rusiya Federasiyası Qafqazda geri çəkilməyəcək – Rusiya prezidenti

Siyasət Materials 5 Noyabr 2008 13:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 noyabr/ Trend / Rusiya Qafqazda geri çəkilməyəcək və dünya maliyyə böhranının öhdəsindən gələcək. "Vesti"nin verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Federal Məclisə müraciətində Rusiya Federasiyasının prezidenti Dmitri Medvedyev bildirib.

"Biz Qafqazda geri çəkilməyəcəyik və dünya maliyyə böhranının öhdəsindən gəlməklə, bu böhrandan daha güclü çıxacağıq", - deyə prezident bildirib.

Onun sözlərinə görə, Rusiya çiçəklənən və demokratik, güclü və yaşamaq üçün rahat ölkə olacaq.

"Ölkənin iri siyasi hərəkatları Cənubi Qafqaz hadisələri ilə bağlı həmrəylik nümayiş etdirdilər, antiböhran tədbirləri də anlayışla qarşılandı, minillik tarixə malik xalqdan söhbət gedən zaman, başqa cür ola da bilməz", - deyə prezident bildirib.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib. Avqustun 26-da isə Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınmasına dair fərman imzalayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti