Azərbaycan, Bakı, 11 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı
ABŞ Konqresinin senatoru Bob Korkeri qəbul edib.
Senator Bob Korker prezident seçkilərində qələbə münasibətilə Azərbaycanın dövlət başçısını təbrik edib. Korker Azərbaycanın Əfqanıstanda və İraqda aparılan antiterror əməliyyatlarında fəal iştirakını yüksək qiymətləndirib.
Prezident Azərbaycanla ABŞ arasında əməkdaşlığın çox geniş sahələri əhatə etdiyini və bu əməkdaşlığın əhəmiyyətli olduğunu söyləyib.