...

Azərbaycan prezidenti "Təbii müalicə ehtiyatları, müalicə - sağlamlaşdırma yerləri və kurortlar haqqında" Qanunun icrasının təmin edilməsi barədə fərman imzalayıb

Siyasət Materials 12 Noyabr 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü "Təbii müalicə ehtiyatları, müalicə - sağlamlaşdırma yerləri və kurortlar haqqında" Qanunun icrasının təmin edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, "Təbii müalicə ehtiyatları, müalicə - sağlamlaşdırma yerləri və kurortlar haqqında" Azərbaycan Respublikası Qanununun 6 - cı maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini təbii müalicə ehtiyatlarının mühafizəsi sahəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təbii müalicə ehtiyatlarının, müalicə - sağlamlaşdırma yerlərinin və kurortların öyrənilməsi, istifadəsi və inkişafı sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər, həmin Qanunun 9.4 - cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini təbii müalicə ehtiyatlarının mühafizəsi sahəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, təbii müalicə ehtiyatlarının işlənməsi və istifadəsi sahəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər.

Həmin Qanunun 14.5 - ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir, Azərbaycan Respublikası Prezidentinin 2006 - cı il 25 may tarixli 413 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 8.29- cu bənd əlavə edilir, 8.29 - cu bənd müvafiq olaraq 8.30 - cu bənd hesab edilir; "8.29. Kurort fondunun dövlət uçotunu aparmaq, kəşf edilmiş təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını həyata keçirmək;".

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti