Türkiyə prezidenti Abdullah Gül Bakıda keçirilən enerji sammitinin Türkiyənin enerji siyasətini izah etmək üçün yaxşı fürsət olduğunu bildirib. Bu barədə Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.
Gül enerji təhlükəsizliyi məsələsinin region üçün ən əhəmiyyətli məsələlərdən olduğunu deyib. "Türkiyənin inkişafına paralel olaraq, ölkəmizdə enerji istehlakı da getdikcə artır. Türkiyə Şərq-Qərb enerji dəhlizində önəmli rolu olan ölkədir. Bu sammit Türkiyənin enerji siyasətini təfərrüatları ilə izah etmək və Türkiyənin region ölkələri ilə əməkdaşlığını inkişaf etdirmək üçün yaxşı fürsətdir. Bakıda enerji və enerji nəqlinin təhlükəsizliyi məsələlərində tərəfədaşlarımızla müzakirələr aparacağıq",-deyə Türkiyə prezidenti bildirib.
Noyabrın 13 -14 - də Bakıda ikinci Enerji Sammiti keçirilir.