...

Beynəlxalq ekspert siyasi qüvvələrin büdcədən maliyyələşməsi zamanı Azərbaycana əvvəlcədən vəsait ayrılmasının dəqiq meyarlarını müəyyənləşdirməyi təklif edir

Siyasət Materials 13 Noyabr 2008 18:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir R.Novruzov/ Venesiya Komissiyası Azərbaycana siyasi qüvvələrin büdcədən maliyyələşməsi zamanı əvvəlcədən vəsait ayrılmasının dəqiq meyarlarını müəyyənləşdirməyi təklif edir.

"Siyasi qüvvələrin büdcədən maliyyələşdiyi əksər ölkələrdə əvvəlcə vəsait ayrılmasının dəqiq meyarları müəyyənləşdirilir. Bunün üçün parlamentdə mandatların və ya seçkilərdə bu və ya digər partiyanın qazandığı səslərin sayı əsas götürülə bilər", - Avropa Şurası Venesiya Komissiyasının nümayəndəsi Sergey Kuznetsov cümə axşamı Trend - a bildirib.

Azərbaycanın "Siyasi partiyalar haqqında" Qanunu 1992 - ci ildə qəbul olunub. Bugünədək ona heç əlavə və düzəliş olunmayıb. Son vaxtlar bir sıra əlavə və dəyişikliklərin olunması ilə bağlı məsələ aktuallaşıb. Qanunda siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı dəyişiklik olunacağı güman edilir.

Müxalifət hakimiyyətə dövlət qeydiyyatı olan bütün siyasi partiyaları maliyyələşdirməyi təklif edir. Amma hakimiyyət parlament seçkilərində iştirak edən və qanunverici orqanda daha çox yer qazanan partiyalara üstünlük verməyin tərəfdarıdır.

"Mən elə bir nümunə xatırlamıram ki, ölkənin bütün siyasi partiyaları heç bir məhdudiyyət olmadan büdcədən maliyyələşsinlər. Azərbaycanda hansı modelin uğurla tətbiq olunacağını müəyyən etmək üçün bütün modelləri öyrənmək zəruridir", - Kuznetsov söyləyib.

Azərbaycanda 52 siyasi partiya qeydiyyatdan keçib. Hazırda Milli Məclisdə 12 siyasi partiya təmsil olunur.

Milli Məclisin İcra Aparatının rəhbəri Səfa Mirzəyev əvvəl Trend - a bildirib ki, bütün partiyalar dövlət büdcəsindən maliyyələşə bilməzlər. Onun sözlərinə görə, maliyyə dəstəyini yalnız Milli Məclisə seçkilərdə müəyyən uğur qazanan, yəni ölkə daxilində səslərin 4 -5 faizini toplayan partiyalar ala bilərlər.

Məqalə müəllifilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti