...

Avropa Dağlıq Qarabağ məsələsinin həlli üzrə Rusiyanın təşəbbüsünü  dəstəkləyir – Fransa prezidenti

Siyasət Materials 14 Noyabr 2008 16:20 (UTC +04:00)
Avropa Dağlıq Qarabağ məsələsinin həlli üzrə Rusiyanın təşəbbüsünü  dəstəkləyir – Fransa prezidenti

Azərbaycan, Bakı, 14 noyabr/ Trend ,   müxbir V.Javoronkova/ Avropa RF-nin Dağlıq Qarabağ üzrə təşəbbüsünü alqışlayır və Rusiyaya Cənubi Osetiya məsələsinə də belə yanaşmağı təklif edir, - Nitsada Rusiya - Aİ sammitində çıxış edən Fransa prezidenti Nikolya Sarkozi cümə günü bildirib, - "Vesti" telekanalı xəbər verir.


Noyabrın 2-də Moskva ətrafındakı Mayndorf qəsrində RF, Ermənistan və Azərbaycan prezidentlərinin danışıqları keçirilib. Sammitin əsas yekunu Dmitri Medvedyev, İlham Əliyev və Serj Sərkisyan tərəfindən Dağlıq Qarabağ Bəyannaməsinin imzalanması olub. Bununla yanaşı, Ermənistan və Azərbaycan liderləri 1994 - cü ildən bəri ilk dəfə olaraq Qarabağ probleminin nizamlanması üzrə birgə sənəd imzalayıblar.

Avropa və Rusiya birgə işləməlidir - bu onların maraqlarına cavab verir. Dünya tarixi göstərir ki, bizə münaqişələr, qarşıdurmalar və müharibələr lazım deyil və buna görə də, mən və Avropa Komissiyasının prezidenti bu sammiti hazırlamaq qərarına gəldik", - Sarkozi bildirib. Sarkozinin sözlərinə görə, Medvedyev razılığa gəlməyin mümkün olduğu insandır. "Mən Medvedyevə bildirdim ki, RF gürcü - osetin münaqişəsi rayonunda öhdəliklərinin əksəriyyətini yerinə yetirib. Biz oraya müşahidəçilər göndərə bildik", - prezident bildirib. "Avropada təhlükəsizliyin əsasını qoymaq üçün mən 2009 - cu ilin ortalarında yenidən Rusiyanın da, ABŞ- ın da iştirak edəcəyi ATƏT çərçivəsində görüşməyi təklif edirəm", - Sarkozi əlavə edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti