"İran ilə ABŞ arasında mövcud olan problemləri kimin isə vasitəçiliyi ilə həll etmək olmaz", - deyə bazar ertəsi keçirilən mətbuat konfransında İran İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
Ötən həftə Nyu-Yorkda keçirilən G-20 konfransında ( Dünyanın iqtisadi cəhətdən 20 ən inkişaf etmiş ölkələrinin toplaşdığı görüş) Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ABŞ ilə İran arasındakı danışıqlarda vasitəçi kimi çıxış etməyə hazırdır.
"İranın problemləri o qədər dərindir ki, hansısa ölkənin vasitəçiliyi onları həll etməyəcək", - deyə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin nümayəndəsi Həsən Qaşqavi bildirib.
Mehr-news-un verdiyi xəbərə görə, o bildirib ki, artıq 30 ildir, ABŞ İran ilə diplomatik əlaqələri dəstəkləmir və danışıqlara başlamaq üçün Birləşmiş Ştatlar Tehrana qarşı mövqeyini dəyişməlidir.