Gürcüstan, Tbilisi, 17 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Tbilisidə "Ədalət məhkəməsi və Cənubi Qafqazda hüquqi dövlət. Uğurlar və ədliyyə problemləri" mövzusunda regional konfrans keçiriləcək.
Avropa Komissiyasının Gürcüstan nümayəndəliyindən Trend -a bildiriblər ki, noyabrın 19 - 20 - də Avropa Birliynin Nazirlər Komitəsində, İsveçin sədrliyi çərçivəsində, Tbilisidə Gürcüstanın Xarici İşlər Nazirliyilə birgə təşkil olunmuş konfrans keçiriləcək.
Konfransın açılışı "Şeraton Metexi Pallas" otelində olacaq. Tədbirdə Gürcüstanın xarici işlər naziri Yekaterina Tkeşelaşvili və ədliyyə naziri Zurab Adeişvili iştirak edəcəklər.
Azərbaycanı konfransda ədliyyə nazirinin müavini Vilayət Zahirov təmsil edəcək. O, tədbirdə məruzə edəcək.
Ermənistan ədliyyə naziri Gevorq Danielyanla təmsil olunacaq.
Noyabrın 20 - də Azərbaycan, Ermənistan və Gürcüstan nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]