...

İran spikeri ABŞ - İraq arasında təhlükəsizlik müqaviləsini tənqid edib

Siyasət Materials 18 Noyabr 2008 17:35 (UTC +04:00)

İran, Tehran, 18 noyabr/ Trend , müxbir A.Namdari/ İran spikeri İraqın Nazirlər Kabinetinin Bağdad və Vaşinqton arasında təhlükəsizlik müqaviləsinin lehinə səs verməsini tənqid edib.

İran spikeri Əli Laricani noyabrın 18-də parlamentdəki çıxışında bildirib ki, bu müqavilə İraqın milli hökumətini təhlükə ilə üzləşdirəcək.

Laricani bildirib ki, İraq - ABŞ arasında təhlükəsizlik müqaviləsində ciddi problemlər var və İraq hakimiyyətinin potensialı o qədər güclüdür ki, xarici qüvvələrin bu ölkədən çıxması tarixi daha da tezləşdirilməlidir.

Iki gün bundan əvvəl, İraqın Nazirlər Kabineti Bağdad - Vaşinqton arasında təhlükəsizlik müqaviləsinin bağlanmasına qərar verib. Hazırda bu müqavilə təsdiq olunmaq üçün İraq parlamentinə təqdim olunub.

Laricaninin bəyanatından fərqli olaraq, İranın ədliyyə naziri Mahmud Şahrudi bazar ertəsi bu müqavilənin bağlanması ilə bağlı razılığını bildirmişdi.

İran və Suriya dəfələrlə İraq - ABŞ arasında təhlükəsizlik müqaviləsinin bağlanmasınnı əleyhinə olduqlarını elan ediblər.

Bu müqavilədə ABŞ qüvvələrinin 2011-ci ilədək İraqda qalmasına icazə verilib.

Laricani bildirib ki, bu müqavilə İraq xalqını problemlərə salacaq.

Laricani və Şahrudidən başqa hələlik heç bir İran rəsmisi İraq - ABŞ müqaviləsinə münasibət bildirməyib.

Xəbər lenti

Xəbər lenti