...

Norveçin Azərbaycandakı səfiri Yon Ramberq xarici işlər nazirliyinə dəvət olunub

Siyasət Materials 18 Noyabr 2008 22:03 (UTC +04:00)

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Norveçin Azərbaycandakı səfiri Yon Ramberq noyabrın 18-də nazirliyə dəvət olunub. Norveç Xarici İşlər Nazirliyinin xarici radiostansiyaların Azərbaycandakı fəaliyyəti ilə bağlı cari il noyabrın 12-də verdiyi bəyanatla Azərbaycan XİN-in qəti razılaşmadığı səfirə bildirilib. Norveç tərəfinin bəyanatının real vəziyyəti əks etdirmədiyi və məsələnin yalnız Azərbaycanın qanunvericiliyi çərçivəsində həll olunacağı diqqətə çatdırılıb.

Səfir Y.Ramberqə deyilib ki, Norveç tərəfi öz bəyanatlarında daha diqqətli olmalıdır, çünki belə hallar ikitərəfli münasibətlərin inkişafına xələl gətirə bilər.

Xəbər lenti

Xəbər lenti