Gürcüstan, Tbilisi, 19 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə günü səhər Gürcüstan parlamentinin sədri David Bakradze Latviyaya ikigünlük rəsmi səfər edib. Bakradze Tbilisi aeraportunda Riqaya uçuş qabağı bildirib ki, səfərdə məqsəd ölkənin Avropa strukturları və NATO-ya inteqrasiya məsələlərinin müzakirəsindən ibarətdir.
Gürcüstanlı spiker səfər zmanı Latviya prezidenti, parlament sədri və Baş nazir ilə görüşlər keçirəcək.
"Latviya bizim çoxdankı tərəfdaşımızdır və biz Riqada həm Rusiya təcavüzünün nəticələri və aradan qaldırılması, həm də Latviyanın Aİ və NATO-ya daxil olma yolunda Gürcüstana yardım göstərməsi məsələlərini müzakirə edəcəyik", - deyə Bakradze bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]