İran, Tehran, 19 noyabr/ Trend , müxbir T.Cəfərov/ Rəsmi Tehranın ABŞ - ın İranda informasiya ofisi açmaq niyyəti haqqında məlumatı yoxdur, - İranın xarici işlər naziri Mənuçehr Möttəki çərşənbə günü Tehranda mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Tehran ABŞ- la elm, turizm, mədəniyyət, idman və s. sahələr, universitetlər arasında əməkdaşlığı daim dəstəkləyib və dəstəkləyir.
Möttəki bildirib ki, son üç il ərzində xeyli amerikalı jurnalist İranda olub və sərbəst işləyə biliblər. Lakin iranlı jurnalistlərin ABŞ-a səfəri məsələsində problemlər var. İranın ABŞ-dakı yeganə KİV nümayəndəsi BMT- nin Nyu -Yorkdakı binasından başqa heç bir digər tədbirlərə buraxılmayan telekanaldır, - nazir əlavə edib. Möttəki, İranda amerikalı jurnalistlərə yaradılmış şəraitin ABŞ- da iranlı jurnalistlər üçün də yaradılacağına ümid ifadə edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]