...

Qanunun aliliyini və vətəndaşların hüquqlarını təmin etmək üçün Cənubi Qafqazda təcavüzkarlığa son qoyulmalıdır - ədlyyə nazirinin müavini

Siyasət Materials 19 Noyabr 2008 21:26 (UTC +04:00)
Qanunun aliliyini və vətəndaşların hüquqlarını təmin etmək üçün Cənubi Qafqazda təcavüzkarlığa son qoyulmalıdır - ədlyyə nazirinin müavini

Gürcüstan, Tbilisi, 19 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Qanunun aliliyini və vətəndaşların əsas hüquq və azadlıqlarını təmin etmək üçün Cənubi Qafqazda təcavüzkarlığa və hər növ istilaya son qoyulmalı, təcavüzkarlar dəstəklənməməlidir. Belə bir bəyanatla Azərbaycanın ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edib.

"Əminik ki, bu cür addımlar insan hquqları və qanunun aliliyi baxımından zəruridir", - deyə nazir müavini Tbilisidə "Cənubi Qafqazda ədalət məhkəməsi və qanunun aliliyi" mövzusunda regional konfransdabildirib.

O bir faktı xüsusilə qeyd edib ki, bu sahədə islahatların aparılması zamanı əsas problem Ermənistanın Azərbaycan əleyhinə təcavüzüdür. "Bunun nəticəsində ölkə ərazisinin 20 faizi işğal olunub, bir milyondan çox vətəndaş köçkün düşüb. Məhkəmələr digər bölgələrə və dövlət təsisatlarına köçürülüb. Nəticədə hərtərəfli təhlil aparılması və bu rayonlarda məhkəmələrin işinin həcminin müəyyən olunması mümkünsüzləşib", - deyə nazir müavini vurğulayıb.

"Azərbaycan dövləti müstəqil məhkəmə sisteminin formalaşmasına xüsusi diqqət yetirir. Ədalət məhkəməsi sahəsində qanunun aliliyinə xidmət edən dəyişiklər bunun göstəricisidir" - deyə nazir müavini bildirib.

O, müstəqil, daimi işlək orqanı olan məhkəmə-hüquq şurasının yaradılmasını islahatların nailiyyəti adlandırıb. "Şura məhkəmə hakimiyyətinin özünüidarə vəzifəsini gerçəkləşdirir, səlahiyyətləri daxilində Azərbaycan məhkəmə sisteminin təşkilinin təmin olunması məsələlərinə nəzarət edir, hakimlərin fəaliyyətini qiymətləndirir, əməkdaşların iş yerlərinin dəyişməsi, vəzifələrinin artması və intizam məsuliyyətinə cəlb olunması məsələlərinə baxır", - deyə Zahirov söyləyib.

Konfransı Avropa Şurası və Gürcüstanın Xarici İşlər Nazirliyi təşkil edib. Tədbir "Şeraton Metexi Palas" otelində keçirilir. Əsas müzakirə mövzusu - "Cənubi Qafqazda ədalət məhkəməsi və hüquqi dövlət. Uğurlar və ədliyyə peşəkarlarının problemləri"dir.

Müəlliflə əlaqə ünvanı: tre

Xəbər lenti

Xəbər lenti