Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir C.Babayeva/ Rusiya Azərbaycana ən vacib tərəfdaşlarından biri kimi baxır.
"İki ölkənin qarşılıqlı əməkdaşlığın geneişlənməsinə yönələn xarici siyasət kursu dəyişməz qalır. Azərbaycanla Rusiya arasında qarşılıqlı siyasi əlaqələrin hazırki yüksək səviyyəsi, milli iqtisadiyyatların artmaqda olan potensialı, humanitar əməkdaşlıq perspektivləri tərəfdaşlıq üçün möhkəm təməl təşkil edir", - cümə axşamı Bakıda "Azərbaycan XXI əsrdə - uğur strategiyası" mövzusunda keçirilən Dəyirmi masada Rusiya Dövlət Dumasının MDB və həmvətənlilərlə iş üzrə komitəsinin sədri Aleksey Ostrovski deyib.
"Azərbaycan prezidentinin yürütdüyü siyasət nəticəsində Azərbaycan-Rusiya münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olub və məhsuldar istiqamətdə inkişaf eməyə başlayıb", - Ostorovski söyləyib.
"Azərbaycanda əsas dəyəri insan, onun rifahı və gələcəyi olan açıq demokratik cəmiyyət mövcuddur", - o qeyd edib.
Onun sözlərinə görə, digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanda rusdilli əhalinin problemləri o qədər də kəskin deyil: "Azərbaycanda bütün millət və dinlərin nümayəndələrinin inkişafı üçün bərabərhüquqlu şərait yaradılıb və ölkədəki rus icmasının cəmiyyətdə çox yüksək statusu və nüfuzu var", - Ostrovski vurğulayıb.
Azərbaycanın şərqi slavyan icması 200 min nəfərdir, bu, azərbaycanlıların üstünlük təşkil etdiyi (92 faiz) səkkizmilyonluq ölkə əhalisinin 2 faizinə bərabərdir. XVIII əsrdə gələcək respublika ərazisində məskunlaşandan etibarən ruslar, xüsusən sovet dövründə ölkənin və ilk növbədə onun paytaxtında həyatın bütün sahələrində əhəmiyyətli rol oynayıblar.
Müəllifilə əlaqə ünvanı: [email protected]