Türkiyə, İstanbul, 21 noyabr / Trend , T.Əliyev/ Türkdilli Dövlətlərin Parlament Assambleyası öz katibliyini yaradacaq. Onun formalaşması üçün iş aparılır və bu iş qurumun Bakı sammitində davam etdiriləcək, - cümə günü Türkiyə prezidenti Abdulla Gül türkdilli dövlətlərin parlament rəhbərlərinin İstanbulda keçirilən görüşündə çıxış edərkən deyib.
Türkiyə prezidenti Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaranmasını əhəmiyyətli hadisə adlandırıb və deyib ki, paralel olaraq Ağsaqallar Şurasının yaradılması üzərində də iş aparılır. Türkiyə və Qazaxıstan artıq Şuradakı nümayəndələrini təyin ediblər.
Türkdilli Dövlətlərin Parlamentlərarası Şurasının ilk iclası bu il fevralın 20-21-də Antalyada keçirilib və onun yekununda Parlament Assambleyasının yaranması niyyətini əks etldirən protokol imzalanıb. İstanbulda cümə günü keçirilən toplantıda Azərbaycan, Turkiyə, Qazaxıstan və Qırğızıstanın nümayəndələri iştirak ediblər. Türkmənistan və Özbəkistan görüşdə iştirakdan imtina ediblər.
Müəlliflə əlaqə ünvanı: [email protected]