...

İranda İsrail casusu edam edilib

Siyasət Materials 22 Noyabr 2008 12:30 (UTC +04:00)

İranda İsrailə casusluq edən ölkə vətəndaşı edam edilib. Bu barədə İslam Respublikası Təhlükəsizlik Nazirliyinin Əks - kəşfiyyat İdarəsindən məlumat verilib.

ISNA -nın verdiyi xəbərə görə, ticarət müəssisəsinin 45 yaşlı direktoru Əli Əştari haqqında ölüm hökmu iyulda məhkəmənin qapalı iclasında verilib.

Əcdari 20 ay əvvəl həbs edilib.

Əks - kəşfiyyat İdarəsinin rəhbəri bildirib ki, bu yaxınlarda İranın qərb sərhədində dörd nəfər saxlanılıb və onlardan İsrail istehsalı olan silah müsadirə edilib.

IRNA - nın verdiyi xəbərə görə, qrup İran ərazisində terror aktı təşkil etmək niyyətində olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti