...

Bu gün erməni milli şüurunda müsbət dəyişikliklər müşahidə olunur – Sosial İşləmələr Fondunun rəhbəri

Siyasət Materials 25 Noyabr 2008 17:31 (UTC +04:00)

Azərbaycan Sosial Tədqiqatlar Fondunun rəhbəri Rəşad Rzaquliyev, xüsusi olaraq Trend üçün

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın dövlətlərarası əməkdaşlığın perspektivləri haqqında fərəhli - şövqlü bəyanatları ilə müşayiət edilən Türkiyə səfərini məcburi səfərlərin sırasına aid  etmək olar.

Livanın erməni diasporunun Türkiyənin Baş naziri Ərdoğanın Beyruta səfərinə həsr edilmiş və rüsvayçı "Biz heyvanları dəvət etməmişik" şüarı altında keçirilmiş mitinqinin xronikasından kadrlar hələ də xatirimdədir. Bu gün erməni milli şüurunda tamamilə başqa, mən deyərdim, radikal sivil dəyişikliklər baş verir. Sərhədlərin açılması və Türkiyə ilə birbaşa diplomatik münasibətlərin qurulması, "erməni soyqırımı" haqqında təxminən bir əsrlik mifologemanın aradan qaldırılması rəsmi İrəvanın prioritet, demək olar ki, zəhlətökən ideyasına çevrilir.

Bu nə ilə bağlıdır? Yəqin ki, həm Gürcüstandakı məlum hadisələrdən sonra dəyişmiş dünya siyasi konyukturası ilə əlaqədar ekspansionist Ermənistanın tam təcridi perspektivi, həm də Ermənistanın xarici siyasət konsepsiyasının əsas koordinatının siyasətinin farvaterindən keçdiyi müəyyən geosiyasi mərkəzin tələbləri ilə.

Mənim fikrimcə, əksər milli siyasətçi və ekspertlərin intensivləşmiş Türkiyə - Ermənistan əlaqələrinin formatı ilə bağlı narahatlığı əsaslandırılmayıb. "Soyqırım" üzrə erməni - türk komissiyasının fəaliyyətinin bərpasının mümkünlüyü və vasitəli şəkildə ifadə edilmiş bəzi digər  tədbirlər regional "nifrət" karmasının götürülməsinə müəyyən ümid verir və tərəflər  dinamik və ardıcıl olarlarsa, hər kəsə yalnız  fayda  gətirər.

Şübhəsiz ki, Cənubi Qafqaz regionunda bütün qüvvələr arxitektonikasında ciddi dəyişikliklərin kifayət qədər maraqlı nəticələri ola bilər. Moskva və Ankaranın regiondakı maraqlarının yaxınlaşması faktı yeni, Azərbaycan üçün son dərəcə faydalı həqiqətlərin formalaşması perspektivlərini yaradır. Başqa variant mümkün deyil. Ən azı, o səbəbdən ki, yeni regional konstruksiyanın baza əsası Azərbaycanın maraqları ilə razılaşdırılacaq. Əks halda, o, sadəcə, baş tutmayacaq.

Müəllifin rəyi Trend İnformasiya Agentliyinin redaksiyasının rəyi ilə üst - üstə düşməyə bilər.

Xəbər lenti

Xəbər lenti