...

Bakıda Dövlət Balıqçılıq Texnikumunun tələbəsinə qarşı soyğunçuluq edən şəxs tutulub

Siyasət Materials 26 Noyabr 2008 16:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir S. Kazımlı / Bakının Nərimanov rayonu ərazisində soyğunçuluq edən şəxs yaxalanıb. Hadisəni törətmiş şəxs özünü polis əməkdaşı kimi təqdim edib. Bu barədə Nərimanov rayon Polis İdarəsinini (RPİ) 18 - ci polis bölməsindən çərşənbə günü Trend - a məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, noyabrın 25 - dən 26 - na keçən gecə saat 01:00 radələrində Salyan rayonunun Qaraçay kənd sakini, Dövlət Balıqçılıq Texnikumunun 3 - cü kurs tələbəsi, 17 yaşlı Mahir Rafiq oğlu Amanov və Bakı sakini, 17 yaşlı Rüfət Bəxtiyar oğlu Məmmədov polis bölməsinə müraciət edərək, saat 23:00 radələrində Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında bir nəfər naməlum şəxsin özünü polis kimi təqdim edərək, hədə-qorxu yolu ilə onlardan 12 manat pul aldığını bildiriblər.

Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat - axtarış tədbirləri nəticəsində, hadisəni törədən şəxs - 20 yaşlı Salyan rayon sakini Amil Səfərəli oğlu Dünyamalıyev hadisədən bir neçə saat sonra tutulub.

Faktla bağlı Nərimanov RPİ - də cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti