Gürcüstan, Tbilisi, 27 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Noyabrın 27 - də axşam Danimarkanın Baş naziri Adres Foq Rasmussen Tbilisiyə rəsmi səfər edəcək. Bu barədə məlumatı prezident administrasiyasından veriblər.
Mətbuat xidmətindən bildiriblər ki, Gürcüstan prezidenti Mixail Saakaşvili ilə Danimarkanın Baş nazirinin şəxsi görüşündən sonra cümə günü Avlabar iqamətgahında brifinq keçiriləcək.
Səfər çərçivəsində digər rəsmi şəxslərlə görüşlər də nəzərdə tutulur. Bu görüşlərdə avqust hadisələrindən sonrakı vəziyyət və Gürcüstanın Avroatlantik qurumlara inteqrasiyası məsələsi müzakirə olunacaq.
Səfər birgünlükdür, cümə günü Danimarkanın Baş naziri Gürcüstanı tərk edəcək.
Müəlliflə əlaqə ünvanı: [email protected]