Azərbaycan, Bakı, 27 noyabr// Trend / Azərbaycanın paytaxtında, Hüseyn Cavid prospektində, Dövlət Gömrük Komitəsinin qarşısında 10 -TB - 655 dövlət nömrə nişanlı 5 saylı reys avtobusu yanıb. Avtobus sürücüsü Mərdar Əliyevin sözlərinə görə, nəqliyyat vasitəsi bir müddət əvvəl texniki baxışdan keçib. "OTOYOL" markalı avtobus köhnə nümunəli olub. Hadisə yerinə FHN-in iki yanğınsöndürən maşını, polis və təcili yardım gəlib. Yanğın söndürülüb. Zərər çəkən yoxdur.
Bir müddət əvvəl Azərbaycana yeni avtobuslar gətirilib.