...

Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçirilib

Siyasət Materials 29 Noyabr 2008 15:00 (UTC +04:00)
Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü keçirilib

Azərbaycan, Bakı, 29 noyabr/ Trend / Şənbə günü Aşqabadda ilk dəfə Azərbaycan, Türkiyə və Türkmənistan prezidentləri İlham Əliyev, Abdullah Gül və Qurbanqulu Berdiməhəmmədovun görüşü baş tutub.

İlham Əliyev Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin üçtərəfli görüşünə böyük əhəmiyyət verib, - Azərbaycanın AzərTac Dövlət Agentliyinin yaydığı məlumatda bildirilir. Prezident görüşün nəticələrinin uğurlu olacağına əminlik ifadə edib. "Bizim aramızda dostluq, qardaşlıq əlqələrinin möhkəmlənməsi üçün bu görüş uğurlu olacaq", - Ilham Əliyev bildirib. Onun sözlərinə görə, üç ölkəni ümumi tarix, dil, mədəni köklər birləşdirir. "Bu əsasda da üç ölkə müstəqil siyasət aparır və biz aramızda olan bu ənənəvi dostluq, qardaşlıq münasibətlərinin inkişafı üçün çalışırıq", - Ilham Əliyev deyib.

Türkiyə prezidenti Abdullah Gül üç ölkə arasında münasibətlərin yüksək səviyyəsini qeyd edib və Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünün əhəmiyyətini vurğulayıb. Üç ölkə liderləri ikitərəfli əməkdaşlıq perspektivlərini, həmçinin regionda enerji təhlükəsizliyi məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti