...

İsrail Liviyaya məxsus gəminin Qəzzə limanına daxil olmasına mane olub

Siyasət Materials 1 Dekabr 2008 11:59 (UTC +04:00)
İsrail Liviyaya məxsus gəminin Qəzzə limanına daxil olmasına mane olub

Azərbaycan, Bakı, 01 dekabr / Trend / Bu gün səhər saatlarında İsrail hökuməti Liviyadan Qəzzə limanına yaxınlaşmağa cəhd edən gəminin limana girməsinin qarşısını alıb. Bu haqda Əl-Cəzirə telekanalı məlumat verib.

Qəzzə limanına girməyə çalışan Liviya gəmisində min ton humanitar yardımın olduğu və bu yardımın İsrailin Qəzzə zolağına tətbiq etdiyi blokadadan əziyyət çəkən fələstinlilər üçün nəzərdə tutulduğu bildirilir.

Yəhudi yaşayış məntəqələrinin raket zərbəsinə tutulmasına cavab olaraq İsrail hökuməti bir aydan çoxdur ki, Qəzzə zolağına blokada tətbiq edib.

Məqalə müəllifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti