...

Əfqanıstan hökuməti müxalifət qüvvələri ilə sülhün bağlanmasının əleyhinə deyil – parlamentin sədri

Siyasət Materials 1 Dekabr 2008 18:28 (UTC +04:00)
Əfqanıstan hökuməti müxalifət qüvvələri ilə sülhün bağlanmasının əleyhinə deyil – parlamentin sədri

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir T.Cəfərov/  "Biz müxalifət qüvvələri ilə sülhün bağlanmasının əleyhinə deyilik, - Əfqanıstan parlamentinin sədri Yunis Qanuni bildirib. - Lakin bu proses dövlətin Konstitusiyasına müvafiq olaraq və ötən il qəbul edilmiş sülh planı çərçivəsində keçməlidir".

Terrorizmin kökünün kəsilməsinə gedən yol güzəştlərdən ibarət olmayıb, amansız mübarizəni özündə birləşdirir, - Qanuni hesab edir. Sülh Əfqanıstan hökumətinin maraqları mövqeyindən bağlanılmalıdır. Hazırda "Taliban" hərəkatı dövlət hakimiyyətinə müxalifdir. Hərəkat bütün əcnəbi qoşunların ölkədən çıxarılmasını istəyir və xalqı islamın bayrağı altında birləşməyə çağırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan:[email protected]

Xəbər lenti

Xəbər lenti