...

Gürcüstanın Rustavi həsbxanasındakı məhkumlar "dözülməz şəraitdən" şikayətlənirlər

Siyasət Materials 2 Dekabr 2008 14:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 02 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Rustavinin №2 400 saylı həsbxanasında cəza müddətini çəkən məhbuslar Gürcüstanın xalq müdafiəçisinə müraciət ediblər. Ombudsman Aparatından bildiriblər ki, məhkumlar həbsxanadakı "dözülməz şəraitdən" şikayətlənirlər.

Məhbusların xalq müdafiəçisinə göndərdikləri müraciətdə həbsxanadakı şəraitin dözülməz olduğu bildirilib. Məhkumlar iddia edirlər ki, noyabrın 23-də elan olunan "vaxtından əvvəl şərti azadlığa" düşsələr də, hələ də həbsxanada saxlanılırlar.

Ombudsman Aparatı artıq həbsxanadakı şəraitin öyrənilməsinə başlayıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti