...

Türkmənistan parlamentinə seçkilər üzrə namizədlər müəyyən olunub

Siyasət Materials 4 Dekabr 2008 17:02 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 04 dekabr/ Trend , müxbir S.Qurbanov/ Türkmənistan Mərkəzi Seçki Komissiyası (MSK) cümə axşamı bütün ölkə üzrə dairə komissiyaları tərəfindən 288 namizədin qeydiyyata alındığını elan edib. Onlar dekabrın 14 -də Məclisə (Parlament) keçiriləcək seçkilərdə 125 deputat mandatı uğrunda mübarizə aparacaqlar.

"Şəffaflıq, ədalətlilik və mübarizə prinsipləri, seçicilərin milli parlamentin deputat mandatlarına namizədlər ilə bütün görüşlərinə aid fərqli xüsusiyyətlərdir", - Türkmənistan qəzeti yazır.

Seçkilər birmandatlı seçki dairələri üzrə keçirlir. Hər dairədən beş il səlahiyyət müddətinə bir deputat seçilir. 2008 - ci ilin payızında qəbul olunmuş "Türkmənistan Məclisinə deputat seçkiləri haqqında" Qanunun yeni redaksiyasına müvafiq olaraq, prinsip etibarı ilə türkmən praktikasında yeni hadisə ölkənin xaricdəki diplomatik nümayəndəliklərində seçki məntəqələrinin açılması olub. İlk dəfə olaraq cinayət - prosessual və ya inzibati cəza yaxud qətimkan tədbirləri tətbiq olunan şəxslərin saxlanıdlığı yerlərdə seçki məntəqələri təşkil oluna bilər.

Türkmənistan rəhbərliyinin fikrincə, "bu müasir Türkmənistan dövləti və cəmiyyətində ümumi qəbul olunan demokratik günahsızlıq prezumpsiyası prinsiplərinin təsdiqinə inandırıcı dəlildir".

Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədovun təşəbbüsü əsasında, seçkilərə ilk dəfə olaraq xarici müşahidəçilər dəvət olunub. MDB ölkələrindən olan müşahidəçi missiyası artıq işə başlayıb. Beynəlxalq Seçki Sistemi Fondu (IFES) - baş ofisi Vaşinqtonda yerləşən qeyri -kommersiya QHT-nin nümayəndləri tanışlıq məqsədi ilə Aşqabaddadır.

Konstitusiyaya əsasən, Məclisin səlahiyyətlərinə ona əlavələrin edilməsi, ölkənin siyasi, iqtisadi və sosial inkişafının əsas istqamətləri barədə proqramların nəzərdən keçirilməsi, ümumxalq referendumlarının keçirilməsinə dair məsələlərin həlli, Türkmənistan prezidenti və Məclisə deputat seçkilərinin təyini, beynəlxalq müqavilələrin təsdiqi və ləğvi, ölkənin Dövlət sərhədlərinin dəyişjdirilməsi, sülh və təhlükəsizlik məsələlərinin nəzərdən keçirilməsi daxildir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti