...

Avropa Komitəsinin Azərbaycana səfəri gözlənilir

Siyasət Materials 8 Dekabr 2008 11:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 dekabr/ Trend , A.Qasımova/ Avropa Şurasının İşgəncələrin və qeyri-insani və ləyaqəti alçaldan davranış və cəzaların qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) dekabrın 8-də Azərbaycana qısamüddətli səfəri başlayır. Bu barədə Trend -a AŞ-daki mənbədən məlumat verilib.

Səfər zamanı Komitə üzvlərinin Azərbaycandakı azadlıqdan məhrum etmə yerlərinə - həbsxanalar və cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları, polis bölmələri və psixiterapiya xəstəxanalarına baş çəkmələri nəzərdə tutulur. Səfərin əsas məqsədi bu sahədə mövcud vəziyyətin dəyərləndirilməsi, 2006-cı ildə Azərbaycana edilmiş son  səfərdən sonra irəli sürülən tövsiyələrin yerinə yetirilməsinin vəziyyətinin monitorinqinin aparılmasından ibarətdir. Məlumatda həmçinin son zamanlar Azərbaycanın  penitensiar sistemində əldə olunan irəliləyişlər də vurğulanıb.

Səfər zamanı Komitə üzvlərinin Azərbaycan rəsmiləri, o cümlədən ədliyyə naziri, nazirliyin rüksək rütbəli təmsilçiləri, Baş prokuror, insan hHaqları üzrə müvəkkil və başqaları ilə görüşü gözlənilir.

Sözügedən Komitə "İşgəncələr Əleyhinə Konvensiya"sına tərəfdaş olan AŞ üzvü ölkələrinə vaxtaşırı olaraq 4 ildən bir səfər edir. Bundan əlavə, Komitə zərurət yarandığı təqdirdə, bu müddət ərzində vəziyyəti incələmək və irəli sürülən tövsiyələrin hansı formada həyata keçirilməsini dəyərləndirmək üçün aidiyyatı ölkəyə qısamüddətli səfərlər də həyata keçirir. Azərbaycana belə səfərlər 16 yanvar 2004-cü il və 16-20 may 2005-ci il tarixlərində olub.

Xəbər lenti

Xəbər lenti