...

Türkmənistanda Bitərəflik günü bayramı münasibətilə amnistiya elan ediləcək

Siyasət Materials 8 Dekabr 2008 11:24 (UTC +04:00)
Türkmənistanda   Bitərəflik   günü  bayramı  münasibətilə   amnistiya   elan   ediləcək

Türkmənistan, Aşqabad, 08 dekabr / Trend , müxbir S.Qurbanov/ Dekabrın 12-də, Türkmənistanın BMT-nin tanıdığı "pozitiv bitərəflik" statusunun möhkəmlənməsinin növbəti ildönümü bayram edildiyi gün, ölkədə 390 məhkum azadlığa buraxılacaq. Onların əksəriyyəti cari il məhkum olunublar .

Prezident Qurbanqulu Berdıməhəmmədovun qərarında deyilir ki , amnistiya " türkmən cəmiyyətində və hər bir ailədə birliyin və həmrəyliyin möhkəmlənməsi , eyni zamanda " Bitərəflik günü " münasibətilə tətbiq olunur .

Bazar ertəsi milli telekanalların xəbərlərində Berdıməhəmmədovun sözlərindən sitat gətirilib : " Bu sənəd qanunu pozan və törətdiyi hərəkətdən səmimi şəkildə peşman olan təxminən 400 nəfərə şamil olunacaq ". Türkmən lideri hüquq-mühafizə orqanlarının rəhdərliyinə müvafiq tapşırıqlar verib və onlara amnistiyaya düşən şəxslərin bayramı evlərində , doğmalarının və yaxınlarının əhatəsində keçirmələrini təmin etmək üçün zəruri addımlar atmağı tapşırıb .

Türkmənistanda bağışlama aktları adətən bayramlar ərəfəsində tətbiq olunur . Təxminən 1700 nəfər sentyabrda Qədr gecəsilə bağlı azadlığa buraxılıb , 900 nəfər 9 may - Qələbə günü münasibətilə həbsxanadan azad edilib , 1300 nəfər isə fevralda - Dövlət Bayrağı günü münasibətilə əfv olunub .

Müəlliflə əlaqə ünvanı : [email protected]

Xəbər lenti

Xəbər lenti