...

Gürcüstan hökumətində həyata keçirilmiş dəyişikliklərin parlamentdə təsdiqlənməsi tələb olunmur – prezidentin mətbuat xidməti

Siyasət Materials 9 Dekabr 2008 11:10 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 09 dekabr/ Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanın Baş naziri Qriqol Mqaloblişvilinin hökumətdə etdiyi dəyişikliklərin ölkə parlamenti tərəfindən təsdiqlənməsi tələb olunmur, - dövlət başçısının mətbuat xidmətindən jurnalistlərə bildiriblər. Qanunvericiliyə əsasən, parlament yeni hökuməti 17 nazir və dövlət nazirinin daxil olduğu Nazirlər Kabinetinin tərkibinin 1/3-i dəyişdirildikdən sonra təsdiqləməlidir.

Gürcüstanın Baş naziri Mqaloblişvili son həftə ərzində beş naziri dəyişib - xarici işlər, mədəniyyət, iqtisadiyyat, mədəniyyət və idman, təhsil və elm nazirini.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti