...

Azərbaycanın "İrəli" gənclər hərəkatı fəaliyyətini dayandırıb

Siyasət Materials 9 Dekabr 2008 16:05 (UTC +04:00)
Azərbaycanın "İrəli" gənclər hərəkatı fəaliyyətini dayandırıb

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın "İrəli" ümumrespublika gənclər hərəkatı fəaliyyətini dayandırıb.

"Hərəkat qarşısına qoyduğu məqsədə çatdığı üçün həmtəsisçilər bu gün qurumun fəaliyyətinin dayandırılması barədə qərar çıxarıb", - çərşənbə axşamı Trend -a hərəkatın həmtəsisçisi Ceyhun Osmanlı bildirib.

Trend -un arayışı: Üç ildən artıq fəaliyyət göstərən "İrəli" Ümumrespublika Gənclər Hərəkatının 5 mindən çox üzvü var. Fəaliyyət müddəti dövründə hərəkat 500-dən çox müxtəlif layihə həyata keçirib. "İrəli"də fəaliyyət göstərən 28 klub və departament Azərbaycan gənclərinin müxtəlif fəaliyyət istiqamətlərini əhatə edir.

Hərəkat hakim partiyanın namizədi İlham Əliyevin prezident seçilməsi və onun bu istiqamətdə dəstəklənməsi məqsədi ilə yaradılmışdı. İlham Əliyev oktyabrın 15-də ikinci müddətə Azərbaycanın prezidenti seçilib. Prezidentin təbliğatı ilə bağlı hərəkat bir sıra layihələr həyata keçirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti