...

Türkiyə xarici işlər naziri Meksikaya rəsmi səfərə gedir

Siyasət Materials 10 Dekabr 2008 11:38 (UTC +04:00)

Türkiyənin xarici işlər naziri Əli Babacan bu gün Meksikaya rəsmi səfər edir. Bu barədə Türkiyənin "Dünyabülteni" informasiya agentliyi məlumat verib.

Səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində bir sıra protokollar imzalanacağı gözlənilir. Babacanın Meksika səfəri dekabrın 12-nə qədər davam edəcək. Babacan Meksikaya rəsmi səfər edən Türkiyənin ilk xarici işlər naziridir. Səfər iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 80-ci ildönümünə təsadüf edir.

Xəbər lenti

Xəbər lenti