...

Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatına mühüm töhfə verib – NATO - nun Baş katibi

Siyasət Materials 10 Dekabr 2008 16:43 (UTC +04:00)
Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin təminatına mühüm töhfə verib – NATO - nun Baş katibi

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və NATO -nun Baş katibi Yap de Hoop Sxeffer arasında təşkilatın Baş Qərərgahında keçirilən görüşdə Cənubi Qafqazda təhlükəsizlik, Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının yerinə yetirilməsi və Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzusu olub.

Azərbaycan XİN-nin məlumatında bildirilir ki,Alyansın Baş katib Cənubi Qafqazda və ümumilikdə Avroatlantik məkanda təhlükəsizliyin tminatına verdiyi töhfələrə görə rəsmi Bakıya minnətdarlığını bildirib. Görüşdə Azərbaycan tərəfindən Fərdi tərəfdaşlıq üzrə fəaliyyət planının yerinə yetirilməsi də yüksək qiymətləndirilib. Tərəflər siyasi dialoqun səviyyəsindən razılıqlarını ifadə ediblər.

Dağlıq Qarabağ münaqişəsinin tərəflərindən biri olan Azərbaycan ilə NATO arasında əməkdaşlığın əsası 1994 - cü il mayın 4 - də "Sülh naminə tərəfdaşlıq" proqramının - çərçivə sənədinin imzalanması ilə qoyulub. 1996 - cı ilin aprelində proqram çərçivəsində qarşılıqlı fəaliyyətin konkret istiqamətlərini müəyyən edən rəsmi sənəd imzalanıb.

Hazırda Azərbaycan bu proqrama müvafiq olaraq, təxminən 50 vəzifəni yerinə yetirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti