...

Bakıda adam oğurluğu ilə məşğul olan dəstə aşkar olunub

Siyasət Materials 12 Dekabr 2008 16:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr / Trend , müxbir S.Kazımlı/ Bakıda quldurluq hadisəsi baş verib. Naməlum şəxslər 30 yaşlı qadını döyərək, onun pulunu, mobil telefonlarını və sənədlərini əlindən alıblar. Bu barədə Suraxanı rayon Polis İdarəsinin 30 - cu polis bölməsindən cümə günü Trend - a məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, dekabrın 10- dan 11-nə keçən gecə saat 23:00 radələrində iki naməlum şəxs metronun "İnşaatçılar" stansiyası yaxınlığında Bakı sakini Alimə Rüstəmovan əllərini və ağzını tutaraq, zorla "BMW" markalı avtomobilə mindiriblər. Naməlum şəxslər Rüstəmovanı döydükdən sonra bıçaqla ona hədə - qorxu gəlib, içərisində 700 manat pul, iki mobil telefon və sənədləri olan çantasını əlindən alıblar. Quldurlar Rustəmovanı Suraxanı rayonunun ərazisinə apararaq orada düşürüb, hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı şübhəli şəxs qismində polislər tərəfindən saxlanılan var.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Azərbaycan Cinayət Məcəlləsinini quldurluq (181- ci ) maddəsi ilə canayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti