Azərbaycan, Bakı, 12 dekabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev "Coğrafi obyektlərin adları haqqında" Qanuna əlavələrin tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, ""Coğrafi obyektərlərin adları haqqında" Qanuna əlavələrin edilməsi haqqında" Qanunun qüvvəyə minməsi ilə əlaqədar, Azərbaycanın Nazirlər Kabinetinə bir ay müddətinə normativ-hüquqi aktları bu qanuna uyğun vəziyyətə gətirilməsi haqqında təklifləri hazırlamaq və təqdim etmək həvalə olunub.
Nazirlər Kabineti və
müvafiq mərkəzi icra aparatı orqanlarına
normativ-hüquqi aktların Qanuna əlavələrə
uyğunluğunu təmin etmək tapşırılıb.