...

Hegemon dövlətlər şiə - sünni ixtilafı yaratmaq istəyirlər-- İranın Ali dini rəhbəri

Siyasət Materials 17 Dekabr 2008 17:48 (UTC +04:00)
Hegemon dövlətlər şiə - sünni ixtilafı yaratmaq istəyirlər-- İranın Ali dini rəhbəri

İranın Ali Dini rəhbəri Ayətullah Əli Xamenei bildirib ki, dünyanın hegemon dövlətləri müsəlman xalqlarının (şiə və sünni) İran İslam İnqilabı ilə maraqlanmasından çoxlu ziyan görüblər.

O, əlavə edib ki, hegemon dövlətlər müsəlmanları İslam Respublikasından ayırmaq üçün dini təəssübkeşlikdən istifadə edirlər.

İranın İRNA xəbər agentliyinin dekabrın 17- də verdiyi məlumata əsasən, Ayətullah Xamenei Qədir Xum bayramı münasibətilə Tehran şəhərinin əhalisi ilə görüşüb. Xamenei Qədir Xum hadisəsinin İslami hökumət nümunəsi olduğunu vurğulayıb.

Xamenei bildirib ki, şiələr Qədir Xum hadisəsi ilə bağlı əqidələrini qoruyaraq icazə verməyəcək ki, hegemon dövlətlər onların bu inanclarından istifadə edib, müsəlmanlar arasında ixtilaflar yaratsınlar.

"Biz keçmişdə də, indi də şiələrə və sünnilərə qarşı "töhmət və söyüşlə dolu"nəşrlərin hansı super güc mərkəzlərinin maliyyələşdirdiyini yaxşı bilirik", - deyə İranın Ali dini rəhbəri bildirib. O, konkret ölkə Adı çəkməyib.

Xamenei bildirib ki, bəzi əcnəbi ölkələr ərəb ölkələri başçılarını İranın nüvə proqramına qarşı çıxmağa çağırır. "Düşmənin əlindən gələn budur, ərəb ölkələri bu məsələdə mühafizəkar davranmaqla yanaşı , ixtiyarlarını Amerika və sionistlərin əlinə verməyəcəklər",-deyə Xamenei bildirib.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzv ölkəsinin (ABŞ, Britaniya, Fransa, Rusiya və Çin) və Almaniyanın xarici işlər nazirləri (5+1 qrupu) dekabrın 16 - dan Nyu - Yorkda Fars Körfəzi Əməkdaşlıq Şurasının üzvləri, Misir, İraq və İordaniya ölkələri ilə İranın nüvə məsələsini müzakirə edirlər.

Ərəb ölkələrinə Misir rəhbərlik edir, xarici işlər naziri Əhməd Əbul- Ğeyz dekabrın 14 - də İranın regiondakı rolu ilə bağlı narahatlığını bildirib.

O, regionda gərginliyin artacağı haqda xəbərdarlıq edib.

"İran İslam Respublikası çalışır ki, regionda öz ideologiyasını yürütsün və məqsədinə çatmaq üçün fələstinlilərdən istifadə edir",- Misirin xarici işlər naziri bildirib.

Ayətullah Xamenei müsəlmanları ayıq olmağa çağırıb.

"Əgər bütün müsəlmanlar hegemon dövlətlərin hiylələri qarşısında sayıq olsalar, onlar İslam ümmətini zəiflətmək üçün öz düşməncəsinə məqsədlərinə çata bilməyəcək",- deyə Ayətullah Xamenei qeyd edib.

Indiyədək BMT Təhlükəsizlik Şurası İranın uranın zənginləşdirilməsi planına qarşı üç sanksiya tətbiq etsəə də, rəsmi Tehran nüvə proqramını davam etdirir.

ABŞ - ın Dövlət Katibi Kondoliza Rays 5+1 ölkələri ilə Ərəb ölkələrinin BMT- dəki birgə iclasından sonra jurnalistlərə müsahibəsində bildirib ki, iclas iştirakçıları İranın nüvə proqramı və bu ölkənin regiondakı siyasətindən narahatdırlar.

Xəbər lenti

Xəbər lenti