...

Əfqanıstanın ticarət naziri parlamentdə hesabat verir

Siyasət Materials 18 Dekabr 2008 12:53 (UTC +04:00)

Əfqanıstan, Kabil, 18 dekabr / Trend , müxbir A. Həkimi / Əfqanıstan Parlamenti ölkənin ticarət naziri Məhəmməd Əmin Fərhəngi hesabat vermək üçün parlamentə çağrıb. Nazir bu gün (cümə axşamı) hesabat vermək üçün parlamentdə iştirak edəcək.

Parlament nümayəndələri ticarət nazirini mafiya ilə əlbir olub xalqın sərvətini talamaqda, nefti istehlakçılara yüksək qiymətə satmaqda və əhaliyə keyfiyyətsız neft məhsullarının satşına şərait yaratmaqda günahlandırır.

"Ticarət naziri neft mafiyasının başçılarından olması ilə bağlı əlimizdə sənədlər mövcuddur ",- deyə Əfqanıstan Parlamentinin nümayəndəsi Əbdüləziz bildirib.

Parlament nümayəndələri Fərhəngini çərşənbə günü hesabat vermək üçün çağırmışdı, lakin o, prezident Hamid Kərzainin razılığı ilə parlamentin iclasında iştirak etməkdən imtina etmişdi. Parlament nümayəndələri nazirin səlahiyyətlərinin əlindən alınmasını tələb etdikdən sonra, ticarət naziri parlamentin iclasında iştirak etməyə razılıq verib.

Əfqanıstan Parlamentinin sədri Məhəmməd Yunis Qanini bildirib ki, ticarət naziri prezident Kərzainin razılığı ilə hesabat vermək üçün parlamentdə iştirak edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti